ABŞ husilərin radar stansiyasını MƏHV ETDİ
Bizi izləyin

Yaxın Şərq

ABŞ husilərin radar stansiyasını MƏHV ETDİ

ABŞ ordusu son 24 saat ərzində Qırmızı dənizdə husilərə məxsus bir RLS-i və iki pilotsuz gəmini məhv edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" səhifəsində bildirib.

Bundan əvvəl husilərin lideri Abdel Malek əl-Husi deyib ki, cəmi bir həftə ərzində 6 gəmi onlar tərəfindən hücuma məruz qalıb, bu müddət ərzində ballistik və qanadlı raketlərdən, pilotsuz uçuş aparatlarından istifadə edilib.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin alovlanmasından sonra “Ənsar Allah” İsrail ərazisinə hücum etməklə Qəzzada əməliyyat dayandırılanadək İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib.

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) ötən ilin noyabrından bəri Qırmızı və Ərəb dənizlərində ümumilikdə 162 gəmiyə zərbələr endirib.

Bizim Telegram kanalımıza abunə olun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm