"Biz HƏMAS-ın məhvinin sonuna yaxınlaşırıq" - Benyamin Netanyahu
Bizi izləyin

Yaxın Şərq

"Biz HƏMAS-ın məhvinin sonuna yaxınlaşırıq" - Benyamin Netanyahu

"Biz HƏMAS-ın terrorçu ordusunun məhv edilməsi mərhələsinin sonuna yaxınlaşırıq və onun qalıqlarına qarşı zərbələr davam edəcək".

Publika.az “Today in Israel”ə istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.

“Biz bütün məqsədlərimizə nail olacağıq: girovlarımızın qaytarılması, HƏMAS-ın hərbi və inzibati imkanlarının aradan qaldırılması və Qəzza zolağının təhlükəli olmamasının təmin edilməsi. Bizim çox geniş cəbhəmiz var və əminəm ki, biz düşmənlərimizi məğlub edə bilərik”, - Netanyahu vurğulayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm