Yaxın Şərq
Qarşılıqlı HƏDƏLƏR BİTMİR - İlk zərbəni İsrail endirə bilər
İsrail hakimiyyəti Tehrandan hücum qaçılmaz olarsa, İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, avqustun 4-ü axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ordu və kəşfiyyat xidmətlərinin rəhbərliyi ilə görüş keçirib. İştirakçılar arasında müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin rəisi Ronen Bar olub.
İclas iştirakçıları qeyd ediblər ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının doğru olacağına tam əminlik olduqda mümkün ola bilər.
ABŞ və İsrail rəsmiləri İranın avqustun 5-də yəhudi dövlətini vuracağını bildiriblər. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyənin İranda məhv edilməsi göstərilir. Bunun fonunda İsrailin müdafiə naziri Qalant İranın hücumu halında komandanlığın üzvləri ilə görüş keçirib.
Hüseyn İbadlı
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq