İrail kəşfiyyatından misli görünməmiş ƏMƏLİYYAT - 1200 cihaz partladıldı, 3 minə yaxın yaralı var
Bizi izləyin

Yaxın Şərq

İrail kəşfiyyatından misli görünməmiş ƏMƏLİYYAT - 1200 cihaz partladıldı, 3 minə yaxın yaralı var

Livanın müxtəlif yerlərində peycerlərin partlaması nəticəsində 2,8 mindən çox insan xəsarət alıb.

Publika.az bu barədə Livanın səhiyyə naziri Firas Obyada istinadla xəbər verir.

“Hazırda Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində 2,8 mindən çox zərərçəkən, o cümlədən 200 nəfərin vəziyyəti ağır olmaqla qeydə alınıb", - nazir bildirib.

Livanın İnformasiya Nazirliyi hadisəni “İsrail təcavüzü” kimi qiymətləndirib.

Şiə "Hizbullah" hərəkatı hərəkat üzvlərinin istifadə etdiyi peycerlərin partladılması ilə bağlı təfərrüatlı araşdırmaya başladığını bildirib.

Qeyd edək ki, sentyabrın 17-də peycer partlayışları nəticəsində şiə silahlı "Hizbullah" təşkilatının üzvləri və yoldan keçən çoxlu sayda insan yaralanıb.

Yerli media və sosial media görüntüləri "Hizbullah" üzvlərinin bir neçə ictimai yerlərdə insanlar arasında dinlənilməz rabitə üçün istifadə etdiyi cihazların partladığını göstərir.

Son məlumata görə, İrail kəşfiyyat orqanları tarixdə misli görünməmiş əməliyyat keçirib. Belə ki, "Hizbullah" üzvlərinə məxsus 1200 peyceri uzaqdan partladılıb.

Qeyd olunub ki, yəhudi dövlətinin kəşfiyyat orqanları "Hizbullah" üzvlərinin fərdi peycerlərinə uzaqdan giriş əldə edə bilib. Müdaxilə nəticəsində cihazları həddindən artıq qızıb və partlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm