Yaxın Şərq
İrana işləyən israilli iş adamı həbs edildi: Netanyahunu öldürmək üçün bir milyon istəyib
İsrailin yüksək rütbəli məmurlarını öldürmək üçün İran tərəfindən ələ alınan israilli iş adamı həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Uzun müddət Türkiyədə yaşayan 70 yaşlı israilli iş adamı bu ilin avqustunda Baş Təhlükəsizlik Xidməti və İsrail polisi tərəfindən İran kəşfiyyatçıları ilə əlaqə saxladıqdan sonra təhlükəsizliyi pozmaqda şübhəli bilinərək həbs edilib.
İstintaqın məlumatına görə, o, iki dəfə Türkiyə ərazisindən keçməklə İran ərazisinə aparılıb, orada İslam Respublikası kəşfiyyatının nümayəndələri ilə görüşlər keçirib. Qeyd olunur ki, pul müqabilində ona İsraildə İran üçün müxtəlif tapşırıqlar yerinə yetirmək, o cümlədən əvvəlcədən müəyyən edilmiş məntəqələrdə pul və ya silah köçürmək, müxtəlif yerlərin fotoşəkillərini çəkib İran hakimiyyətinə göndərmək təklif edilib.
Bundan əlavə, onun Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalantı, Təhlükəsizlik Xidmətinin rəisi Ronen Bara və keçmiş baş nazir Naftali Benneti öldürmək üçün hücumlara şərait yaratdığı iddia edilir.
Hələlik şəxsiyyəti açıqlanmayan İsrail vətəndaşı hər hansı tədbir görməzdən əvvəl 1 milyon dollar avans tələb edib. Amma İran agentləri bundan imtina edib və sonra onunla əlaqə saxlayacaqlarını bildiriblər. O, İranı tərk etməzdən əvvəl görüşlərdə iştirak etmək üçün 5 min avro alıb.
Tural
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?