Netanyahu bəyan etdi: İsrail güc balansını dəyişir, yeni ittifaqlar yaranacaq
Bizi izləyin

Yaxın Şərq

Netanyahu bəyan etdi: İsrail güc balansını dəyişir, yeni ittifaqlar yaranacaq

Yəmən və Livandakı zərbələr indi Yaxın Şərqdə güc balansını dəyişən İsrailin qüdrətini göstərir.

Publika.az xəbər verir ki, bu fikirləri Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu bəyan edib, onun bəyanatları hökumət başçısının ofisi tərəfindən yayılıb.

“Biz Qəzzada radikal Fələstin hərəkatı HƏMAS-ı məğlub etdik, onun komanda zəncirinin böyük hissəsini məhv etdik, Livan şiə təşkilatı “Hizbullah”a böyük zərbə vurduq, onun lideri Həsən Nəsrullahı məhv etdik. Paralel olaraq bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndə düşmənlərimizə yenidən zərbələr endirib. Hər kəs əhatə dairəsini görür, hər kəs hədəflərə atılan atəşi görür, hamı bizə hücum edənlərin ödədiyi bədəli görür”, - Netanyahu deyib.

Baş nazirin sözlərinə görə, onun ölkəsi hazırda “böyük, lakin eyni zamanda çətin günlərdən keçir”, “yeddi cəbhədə müharibə” aparır. “Əla günlərdir, çünki biz Yaxın Şərqdəki strateji reallığı dəyişirik. Dəyişən güc balansı İsrailin qalib gəlməsi ilə bölgəmizdə yeni ittifaqlar ehtimalını da gətirir. Düşmənlərimiz və dostlarımız yenidən İsraili güclü, qətiyyətli, qüdrətli ölkə kimi görürlər”, - Netanyahu bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm