Bu ölkə də Rusiya ilə sərhədini hasarlayır
Bizi izləyin

Avropa

Bu ölkə də Rusiya ilə sərhədini hasarlayır

Norveç hökuməti Rusiya ilə sərhəddə mümkün təxribatlara qarşı çəkindirici rol oynayacaq hasarın çəkilməsi imkanını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə naziri Emili Mehl bildirib. Onun sözlərinə görə, krallıq Ukraynanı işğal etdikdən sonra Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda, 3,5 metr hündürlüyündə sədd çəkməyə qərar verən Finlandiyadan nümunə götürə bilər.

Mehl, "Bu hasar təkcə çəkindirici rol oynaya biləcəyi üçün deyil, həm də sərhədə yaxın hərəkət edən insanları aşkar etməyə imkan verən sensorlar və texnologiyalardan ibarət olduğu üçün çox vacibdir" deyib.

O bildirib ki, səlahiyyətlilər sərhədi "mümkün qədər tez" bağlamağın başqa yollarını araşdırırlar. Mehl deyib ki, bu, işçilərin sayının artırılması, monitorinqin artırılması və Storskoqdakı sərhəd stansiyası ətrafında hərəkəti tənzimləmək üçün tədbirləri əhatə edə bilər. Ədliyyə nazirini Rusiya ilə 198 kilometrlik sərhəddə nəzarətə cavabdeh olan Finmarkanın polis rəisi Ellen Hetta dəstəkləyir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm