Madrid derbisində insident: Onun üzərinə nəcis atdılar
Bizi izləyin

İdman

Madrid derbisində insident: Onun üzərinə nəcis atdılar

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqanın 8-ci turunun "Real"la matçının (1:1) dayandırılmasının səbəblərindən danışıb.

Publika.az xəbər verir ki, argentinalı mütəxəssis insidentə görə "Los Blankos"un qapıçısı Tibo Kurtuanı günahkar hesab edib.

"Kurtua “Atletiko"da çıxış edəndə "Santyaqo Bernabeu"da onun üzərinə alışqan atılmışdı. Bu, normal deyildi. Amma ola bilsin ki, biz insanları kiçik görəndə, onları nəyəsə təhrik edəndə və qəzəbləndirəndə vəziyyəti qəlizləşdiririk. Belə olanda o insanların pis hərəkət etməkdən başqa çarəsi yoxdur. Bu yanlışdır, amma biz də çalışmalıyıq ki, tribunalar qarşısında bu cür jestlərlə qol qeyd edərkən, vəziyyəti başa düşək.

Əlbəttə, mən azarkeşlərin davranışına haqq qazandırmıram. Amma səbəbin nə olduğunu bildirməyə çalışıram”.

Qeyd edək ki, insident derbinin ikinci hissəsində baş verib. "Atletiko" azarkeşləri "Real"ın qapıçısı Tibo Kurtuanın üzərinə müxtəlif əşyalar atıblar. Onlar arasında nəcislə dolu torba da olub. Nəticədə hakim oyunu dayandırdırıb. Simeone azarkeşləri sakitləşdirməyə çalışan şəxslərdən olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm