İsrail kəşfiyyatı “Hizbullah”ın daxilinə necə nüfuz edib? - Təfərrüatlar açıqlandı
Bizi izləyin

Yaxın Şərq

İsrail kəşfiyyatı “Hizbullah”ın daxilinə necə nüfuz edib? - Təfərrüatlar açıqlandı

İsrail kəşfiyyatı yalnız bu yaxınlarda Livanın şiə qruplaşması “Hizbullah” ilə müharibənin gedişatını dəyişdirə bildi və onun lideri Həsən Nəsrullahı aradan götürmək üçün təşkilatın daxilinə sızdı.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bəzi uğursuz əməliyyatlardan sonra İsrail taktikanı dəyişib və kəşfiyyat məlumatı toplama səylərinə böyük diqqət yetirib.

Hazırkı və keçmiş rəsmilərə görə, İsrailin etibar edə bildiyi kəşfiyyat məlumatlarının dərinliyi və keyfiyyəti son iki ayda dəyişib.

“2006-cı ildə daha güclü ordusunun yaraqlı qruplaşmaya sarsıdıcı zərbə vura bilməməsi və hətta Nəsrullah da daxil olmaqla, onun yüksək səviyyəli rəhbərliyini aradan qaldıra bilməməsinin ardınca, İsrailin “Hizbullah”a qarşı kəşfiyyat toplamaq səyləri əsas hədəf oldu”, - qəzet mənbələrə istinadən xəbər verir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm