Almaniya 80 il sonra bu ölkədən üzr istədi
Bizi izləyin

Avropa

Almaniya 80 il sonra bu ölkədən üzr istədi

Almaniya prezidenti Frank-Valter Ştaynmayer 1944-cü ildə İtaliyanın Marzabotto şəhərində nasistlərin 770 nəfəri qətlə yetirməsinə görə üzr istəyib.

Publika.az xəbər verir ki, Ştaynmayer italiyalı həmkarı Sercio Mattarella ilə Bolonyaya gedib.

Hər iki prezident Marzabotto şəhərindəki Monte Sole ərazisində qətlə yetirilənlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

Ştaynmayer qeyd edib ki, burada sözlər yetərli deyil:

“80 il əvvəl Monte Soledə baş verənləri təsvir etmək mümkün deyil. Burada nə qədər qəddarlıq, nə qədər ağrı var. Burada həyatı məhv olan o qədər insan var ki. Almaniya prezidenti olaraq yalnız ağrı və utanc hissi keçirirəm. Ölənlərin qarşısında baş əyirəm. Bu gün ölkəm adından sizdən üzr istəyirəm”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm