İsrail Nəsrullahın qohumlarını bir-bir öldürür: Beyrutda dəhşətli gecə
Bizi izləyin

Yaxın Şərq

İsrail Nəsrullahın qohumlarını bir-bir öldürür: Beyrutda dəhşətli gecə

Ötən gecə Beyrutun Dahiya rayonunda güclü partlayışlar baş verib.

Publika.az xəbər verir ki, şahidlərin "Reuters"ə verdiyi məlumata görə, zərbələrin gücü sentyabrın 27-də "Hizbullah"ın baş katibi Həsən Nəsrullahı zərərsizləşdirmək üçün istifadə edilən gücü üstələyib.

Livan bildirib ki, İsrail Müdafiə Qüvvələri Nəsrullahın varisi Haşim Safi əd-Dini məhv etmək üçün hədəflərə 30-dan çox bunker bombası atıb. Söhbət Nəsrullahın bunkerinə qarşı istifadə edilən eyni bombalardan gedir. Həmin vaxt onun qızı da, bir neçə gün sonra isə Suriyaya endirilən zərbələr nəticəsində kürəkəni öldürülüb.

Beyruta yeni hücumu araşdıran mənbələr, zərbənin hədəfinin əl-Dinin olduğunu təsdiqləyiblər. Eyni zamanda Rafik Əl-Hərir hava limanı yaxınlığındakı hədəflərə də hücum edilib.

"Hizbullah" mənbəsi AFP-yə bildirib ki, İsrail ordusunun Dahiyaya hücumu “xüsusilə güclü olub və Beyrut və ətrafındakı binaları silkələyib”. Onun sözlərinə görə, bu dəfə bir-birinin ardınca 11 zərbə olub.

Hücumdan əvvəl İDF sözçüsü Avichai Edrei Dahiya sakinlərə ərəbcə müraciət edərək evlərini tərk etməyə çağırıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm