İsraildən KRİTİK AÇIQLAMA: "İranın nüvə obyektlərini vurmağa hazırıq"
Bizi izləyin

Yaxın Şərq

İsraildən KRİTİK AÇIQLAMA: "İranın nüvə obyektlərini vurmağa hazırıq"

İsrailin müdafiə naziri Yoav Qalant İranın nüvə infrastruktur obyektlərinə zərbə endirmə ehtimalını istisna etməyib.

Publika.az xəbər verir ki, onun sözlərinə istinadla CNN məlumat yayıb.

“Bütün variantlar müzakirə olunur. İsrailin yaxın və uzaq məsafədən hədəfləri vurmaq qabiliyyətinə malik olduğunu sübut etdik. Biz İranın hücumuna layiqli cavab verəcəyik”, - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 6-da ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper İsrailə İrandakı nüvə obyektlərinə hücumların mümkün mənfi nəticələri barədə xəbərdarlıq edib.

Hərbi zabit İranın İsrailin nüvə obyektlərinə potensial hücumunu “əhəmiyyətli zərbə” hesab edib, lakin risklərin adekvat qiymətləndirilməsinə çağırıb. Onun fikrincə, təhlükə İsrailin “ərazinin dərinliyinə getməli” olmasıdır və pilotu itirmək riski var. ABŞ Müdafiə Nazirliyinin keçmiş rəhbəri daha bir riski mülki əhali arasında potensial itkilər adlandırıb ki, bu da iranlıların hazırkı hökumət ətrafında birləşməsinə səbəb ola bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm