Yaxın Şərq
ABŞ-ın hərbi bazası yenə raketlərlə VURULDU
Suriyanın Deyr əz-Zor əyalətində Koniko qaz yatağının yaxınlığında yerləşən Amerika hərbi bazası bir neçə raketlə atəşə tutulub.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Suriyadakı mənbəyə istinadla məlumat yayıb.
"Konikodakı Amerika bazasına dörd raket atılıb, nəticədə güclü partlayışlar olub", - agentliyin mənbəsi bildirib.
O bildirib ki, zərbədən sonra ABŞ bazasının ərazisində güclü yanğın baş verib. Mənbə qeyd edib ki, buna cavab olaraq ABŞ ordusu artilleriyadan atəş açıb.
"Al Mayadeen" telekanalı bazaya hücumla bağlı məlumatı təsdiqləyib və bildirib ki, partlayışlardan sonra ABŞ koalisiya qüvvələri Suriya hökumət qüvvələrinin nəzarətində olan bir neçə kəndi atəşə tutub.
ABŞ-ın Yaxın Şərqdəki hədəflərinə hücumlar 2023-cü ilin oktyabrında Fələstinin HƏMAS hərəkatının İsrailə hücumu və İsrail ordusunun sonrakı əməliyyatları fonunda başlayıb.
İraqın İslami Müqaviməti hərəkatına mənsub silahlı qruplaşmalar artıq Amerika hərbi obyektlərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb. Onların fikrincə, ABŞ bazalarına hücumlar Vaşinqtonun İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatlarını dəstəkləməsinə cavabdır.
Hüseyn İbadlı
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi