ABŞ İRANA QARŞI: İsraildə bu sistem ətrafında QÜVVƏLƏR CƏMLƏNİR
Bizi izləyin

Yaxın Şərq

ABŞ İRANA QARŞI: İsraildə bu sistem ətrafında QÜVVƏLƏR CƏMLƏNİR

ABŞ İranın İsrailin hücumuna cavab vermək məqsədi ilə istifadə edə biləcəyi raketləri ələ keçirmək üçün İsrail ərazisində THAAD raketdən müdafiə sistemlərini yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" İsrailin "12" televiziya kanalına və Ordu Radiosuna istinadla məlumat yayıb.

“İsrailin İranın hücumuna cavab reaksiyasına hazırlaşarkən ABŞ ballistik raketləri ələ keçirmək üçün İsrailə raketdən müdafiə batareyaları göndərəcək”, - deyə telekanal iddia edir.

Qeyd edilib ki, Amerika ordusu İsraildə THAAD-dan istifadə edəcək.

Bir gün əvvəl "Bloomberg"in yaydığı məlumatda deyilirdi ki, İsrail təhlükəsizlik kabinetinin iclası Tehrana cavabın xarakteri ilə bağlı heç bir qərar qəbul edilmədən başa çatıb. Mənbə bildirir ki, bu qədər uzun müzakirələrə səbəb ölkə hakimiyyətindəki fikir ayrılıqları ola bilər.

23 sentyabr 2024-cü ildə İsrail Livandakı şiə "Hizbullah" hərəkatına qarşı “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatı”na başladığını elan edib. "Hizbullah" ilk günlərdə İsrailə bir neçə yüz raket ataraq İran tərəfindən dəstəklənib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm