Yaxın Şərq
HƏMAS-ın 17 min foto ilə qurduğu ŞOK PLAN - İsraildə 4 göydələn, 70 mərtəbəli bina vurulacaqmış...
Fələstinin İslamçı HƏMAS hərəkatı 17 mindən çox fotoşəkil əsasında 7 oktyabr 2023-cü ildə baş verən İsrailə hücum üçün üç plan hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” İsrail hərbçilərinin HƏMAS komandanlıq məntəqələrində tapdıqları sənədlərə istinadla məlumat yayıb.
Qəzet yazıb ki, şəkillərə İsrail hərbi hava bazalarının və hərbi obyektlərinin maketləri, habelə Təl-Əvivdən kənarda Ben Qurion Beynəlxalq Hava Limanından istifadə edən kommersiya təyyarələrinin uçuş yollarını göstərən diaqramlar daxildir.
HƏMAS üzvləri İsrail şəhərlərinin və mənzərələrinin peyk şəkillərini və fotoşəkillərini təhlil ediblər.
Planlardan biri də Təl-Əvivdə göydələni dağıtmaq olub. Sənəddə mümkün hədəflər kimi İsraildə ikinci ən hündür bina olan 70 mərtəbəli "Moşe Aviva" Qülləsi, həmçinin üç göydələn, böyük ticarət mərkəzi, qatar stansiyası və kinoteatrın yer aldığı "Azrieli Center" kompleksi müəyyən edilib. Planda həmçinin İsrail Müdafiə Qüvvələrinin qərargah binasının yeri qeyd olunur.
Nəşr qeyd edib ki, HƏMAS güman edirdi ki, yaxınlıqdakı hündürmərtəbəli binanın uçması hərbi obyekti məhv edə bilər.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından Fələstin HƏMAS hərəkatının minlərlə üzvünün İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib.
Hüseyn İbadlı
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi