Yaxın Şərq
Qalant "Hizbullah"ın silah arsenalının vəziyyətini AÇIQLADI
Livanın "Hizbullah" təşkilatı hazırda müharibədən əvvəlki raket və mərmi arsenalının üçdə birindən də azına malikdir.
Publika.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant kabinetin iclasında bildirib.
"Terror təşkilatının raket və mərmilərinin üçdə birindən az hissəsi qalıb", - Qalant deyib.
Nazir, İsrail Müdafiə Qüvvələrinin (IDF) Strateji Planlaşdırma İdarəsinin rəisi general-mayor Eliezer Toledano ilə birlikdə bu qiymətləndirməni bazar günü İsrail Nazirlər Kabinetinə təqdim edib.
İsrail Müdafiə Nazirliyinin rəhbəri kabinetdəki hesabatı zamanı bildirib ki, Livanın cənubunda həyata keçirilən əməliyyatın çox aydın məqsədləri var.
Qalant, hər şeyin plana uyğun getdiyini vurğulayıb. O qeyd edib ki, yerüstü manevrlər zamanı düşmənlə az sayda birbaşa təmas qeydə alınır.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:15
Bakıda prezidentlərin üçtərəfli görüşü oldu - Yeniləndi
-
Rəsmi xronika12:43
İlham Əliyev bu ölkələrə çağırış etdi
-
MDB12:10
Çağırışçıların ölkədən çıxışına qadağa qoyuldu: Xəbərdarlıq edildi ki...
-
Hadisə10:45
Yüksək vəzifələrdə işləmiş şəxs vəfat etdi - FOTO
-
Sosial10:00
Heydər Əliyev Mərkəzinin binası belə işıqlandırıldı - VİDEO
-
Dünya08:24
Pakistandan ÜZÜCÜ XƏBƏR: 22 nəfər öldü, itkin düşənlər var
-
ABŞ07:47
Tramp onu MKİ-yə direktor TƏYİN ETDİ - FOTO
-
Magazin107:30
Elza Seyidcahan özünü görün nə hala saldı - VİDEO