Yaxın Şərq
Aİ ölkəsi İsrailə silah ixracına ciddi məhdudiyyətlər qoydu
İtaliyanın baş naziri Giorgia Meloni ölkəsinin müttəfiqlər arasında İsrailə silah ixracına ən sərt məhdudiyyətlər tətbiq etdiyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə oktyabrın 17-18-də Aİ sammiti ərəfəsində İtaliya Parlamentinin Senatında çıxışı zamanı bildirib.
Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, İsrail Qəzza zolağında əməliyyatına başladıqdan sonra İtaliya hökuməti yəhudi dövlətinə hərbi materialların ixracı üçün bütün yeni lisenziyaların verilməsini dərhal dayandırıb.
“Beləliklə, oktyabrın 7-dən sonra imzalanmış bütün müqavilələr yerinə yetirilməyib. Oktyabrın 7-dək verilmiş bütün ixrac lisenziyaları ayrı-ayrılıqda təhlil edilib”, - deyə siyasətçi bildirib.
Baş nazir qeyd edib ki, ölkəsinin bütün yeni ixrac lisenziyalarını tamamilə bloklamaq mövqeyi Böyük Britaniya, Almaniya və Fransa ilə müqayisədə daha sərt və məhdudlaşdırıcıdır:
"İtalyan tərəfdaşlar yeni lisenziyaları ayrı-ayrılıqda qiymətləndirməyə davam edirlər".
Meloni həmçinin bildirib ki, Roma köhnə lisenziyaları qiymətləndirir və bu hərbi materialın cari böhranda istifadə oluna biləcəyi riski olduğu yerlərdə hərəkətə keçib.
Hüseyn İbadlı
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi