SEPAH İsrailə “xox” gəldi: Elə məxfi silahlarımız var ki...
Bizi izləyin

Yaxın Şərq

SEPAH İsrailə “xox” gəldi: Elə məxfi silahlarımız var ki...

İranın gizli və nüvə silahından qat-qat güclü silahları var.

Publika.az xəbər verir ki, “Asriran” agentliyi yazır ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi İbrahim Rüstəmi deyib.

Onun sözlərinə görə, Tehranın son on ildə müstəqil şəkildə inkişaf etdirdiyi silah sahəsində “böyük gizli imkanlar” var.

“Bizim ixtiyarımızda nüvə bombalarından daha güclü silahlar var. Biz ölkəmizin potensialından və imkanlarından 100 faiz istifadə edirik, ona görə də bu gün bizim məhdudiyyətsiz gücümüz var”, - Rüstəmi deyib.

Eyni zamanda Rüstami vurğulayıb ki, bu cür silahlar haqqında məlumat məxfidir. O, bu silahlardan keçmiş taktiki əməliyyatlarda istifadə oluna biləcəyinə eyham vurub. Xüsusilə, BƏƏ-nin Fuceyra limanında neft tankerlərinin hücumuna məruz qaldığı hadisəni xatırladıb . SEPAH generalı deyib ki, “onlar zərbənin haradan gəldiyini belə bilmirdilər”.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm