İsrailin Hayfadakı hərbi bazası VURULDU
Bizi izləyin

Yaxın Şərq

İsrailin Hayfadakı hərbi bazası VURULDU

Livanın "Hizbullah" hərəkatı İsrailin Hayfa şəhərinin cənubundakı Elyaquim hərbi bazasına bir sıra PUA-lardan istifadə edərək hücum edib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" hərəkatın mətbuat xidmətinə istinadla yazır.

“İslam müqaviməti döyüşçüləri Hayfanın cənubundakı Elyakim hərbi bazasına bir sıra kamikadze pilotsuz uçan aparatlarla hücum edib”, - bəyanatda deyilir.

Mətbuat xidməti bütün hədəflərin vurulduğunu bəyan edib.

Bir gün əvvəl "Hizbullah" Təl-Əviv ətrafında yerləşən Glilot hərbi kəşfiyyat bazasına və Hayfanın şimal-qərbindəki İsrail hərbi-dəniz bazasına raket zərbələri endirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm