"Hizbullah" Netanyahunun yataq otağını vurub: Baş nazir və xanımı Sara...
Bizi izləyin

Yaxın Şərq

"Hizbullah" Netanyahunun yataq otağını vurub: Baş nazir və xanımı Sara...

Xəbər verdiyimiz kimi, bu yaxınlarda İsrailin baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki iqamətgahına hücum edən Livan Hizbullah hərəkatının başlatdığı pilotsuz təyyarə onun yataq otağının pəncərəsinə dəyib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin "Kan" radiostansiyası məlumat yayıb.

"ATS birbaşa Netanyahunun yataq otağına dəydi", - deyə məlumatda bildirilib.

Daha əvvəl məlum olub ki, Netanyahu və həyat yoldaşı Sara hücum zamanı iqamətgahda olmayıblar. Hücum zamanı xəsarət alan olmayıb.

Radiostansiyanın məlumatına görə, həmin gün silahlılar daha bir pilotsuz uçan aparatı işə salıblar. Lakin o, məqsədinə çatmayıb, Qeysəriyyədə başqa bir bina ilə toqquşub.

Qeyd edək ki, “Hizbullah” İsrailin baş nazirinin iqamətgahına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm