Yaxın Şərq
Netanyahu Trampı təbrik etdikdən sonra hücumları davam etdirdi
Qəzza və Livandakı müharibə səbəbindən Bayden administrasiyası ilə ara-sıra fikirayrılığı yaşayan İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı telefonla təbrik edib.
Publika.az xəbər verir ki, danışıq zamanı İsrailin təhlükəsizliyi üçün birlikdə işləmək barədə razılığa gəlinib.
Telefon danışığından sonra İsrail Beyruta və Livanın cənub bölgələrinə hücumlarını davam etdirib. Livanın Səhiyyə Nazirliyi ölkənin şərqindəki Bekaa vadisi və Baalbek bölgəsində 50 nəfərin, cənub şəhərlərinə edilən bombardmanlarda isə 4 nəfərin öldüyünü bildirib.
Bundan əlavə, İsrail oktyabrın 6-dan intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağının şimal hissəsini iki yerə bölməyi planlaşdırır. Qəzza, Beyt Lahiya və Cibaliya bölgələrinə girişin bağlanacağı qeyd olunub. İsrail mediasına açıqlama verən hərbi rəsmilər bu bölgələrdə daha mülki vətəndaş qalmadığını və humanitar yardımın yalnız cənub bölgələrinə veriləcəyini bildiriblər.
Aysel Şahmar
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
İqtisadi gündəm10:49
Qarşıdakı 3 ildə dolların məzənnəsi üçün proqnoz: Görün neçəyə olacaq
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO
-
ABŞ04:50
Tramp onları hədələdi: "Ağır bədəl ödəyəcəklər"