Yaxın Şərq
“Hizbullah” İsrailin hərbi düşərgəsinə hücum etdi
Livanın “Hizbullah” təşkilatı İsrailin şimalındakı Elyakim hərbi təlim düşərgəsinə hücum zamanı pilotsuz uçuş aparatlarından istifadə edib.
Publikaz xəbər verir ki, bu barədə qruplaşmanın teleqram kanalında bildirilib.
“Müqavimət qüvvələri Şimal Hərbi Dairəsinin Elyakim təlim düşərgəsinə dronlarla zərbələr endirib və bütün hədəfləri dəqiqliklə vurub”, – məlumatda qeyd olunub.
“Hizbullah” günün ikinci yarısında ilk dəfə olaraq Hayfa yaxınlığında yerləşən İsrail Hərbi Hava Qüvvələrinin təmir-texniki bazasını yüksək dəqiqlikli raketlərlə hədəfə alıb.
Daha əvvəl Netaniyada 933-cü “Nahal” piyada briqadasının səhra düşərgəsi və Yaara yəhudi məskənindəki hərbi kazarma hücuma məruz qalıb.
-
Qarabağ 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
-
İnanc20:12Bu gün ikinci Qədr gecəsidir
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı
-
Sosial17:22Könül Həmzəyeva axtarışa verildi
-
Dünya16:43Hakan Fidandan Əraqçiyə xəbərdarlıq
-
MDB15:28Dollar kəskin bahalaşdı - Nə baş verir?
-
Elm və təhsil15:02Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video





































