Yaxın Şərq
Netanyahu müdafiə nazirini İSTEFAYA GÖNDƏRDİ: "Bu, son aylarda zəifləyib"
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin müdafiə naziri Yoav Qalantı istefaya göndərib.
Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” baş nazirin ofisinə istinadla məlumat yayıb.
Bildirilib ki, onun yerini İsrailin xarici işlər naziri İsrael Katz tutacaq.
Netanyahu xarici işlər naziri vəzifəsini portfelsiz nazir Gideon Saara təklif edib.
“Müharibə dövründə baş nazirlə müdafiə naziri arasında tam etimada hər zamankindən daha çox ehtiyac var. Təəssüf ki, kampaniyanın ilk aylarında aramızda etimad olubsa və biz çox şey əldə etmişiksə, son aylarda bu, zəifləyib”, - Netanyahu bildirib.
Sentyabrda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir demişdi ki, son aylarda Netanyahudan Qalantı işdən çıxarmağı xahiş edib. Onun fikrincə, hazırkı müdafiə naziri İsrailin şimalındakı təhlükəsizlik vəziyyətini dəyişdirə bilmir, gündəlik Livan tərəfindən atəşə tutulur.
Xatırladaq ki, 2023-cü ilin martında Netanyahu məhkəmə islahatına qarşı çıxışlarına görə Qalantı artıq işdən çıxartmışdı, lakin sonra qərarını ləğv etmişdi.
Hüseyn İbadlı
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir






















.png)
















