Yaxın Şərq
İranın casus şəbəkəsi ifşa olundu: Sui-qəsdlər, hərbi obyektlərlə bağlı planlar...
İsrail Təhlükəsizlik Agentliyinin keçmiş baş müşaviri Avner Barnea məqaləsində İsraildə bir çox insanın İranın kəşfiyyat xidmətlərinə işlədiyi üçün həbs edildiyini iddia edib.
Publika.az xəbər verir ki, İsrailin daxili kəşfiyyat xidməti olan "Şin Bet"in direktoru Ronen Bar İran kəşfiyyatına xidmət etdikləri səbəbilə ölkədə 18 vətəndaşın həbsinə order verib. Həbs edilən şəxslərin yüksək qonorar müqabilində İran dövləti adından casusluq etdikləri iddia edilir.
Bu barədə Avner Barnea qlobal kəşfiyyat nəşri “Intelnews” üçün məqalə yazıb.
Barneanın açıqladığı məlumata görə, İsrail Hərbi Hava Qüvvələri zabitləri ilə bağlı gizli məlumatlar İran kəşfiyyat xidmətində adlar vasitəsilə üzə çıxıb. Həbs edilən İsrail vətəndaşlarının, həmçinin hərbi hava bazaları, Dəmir Qübbə obyektləri, enerji və hava qüvvələri obyektlərinin fotolarını çəkdikləri də müəyyən edilib.
Məlum olub ki, onların əllərində İran tərəfindən onlara verilən xüsusi xəritələr olub, bu xəritələrdə ölkə üzrə strateji yaşayış məntəqələri və obyektlər, o cümlədən Livandakı aparıcı hərbi birləşmə olan Qolani Batalyonunun İsraildəki təlim bazası qeyd olunub.
Sızdırılan məlumatlar arasında İran kəşfiyyatının iki zabiti tərəfindən idarə olunduğu iddia edilən İsrail vətəndaşlarının indiyədək təxminən 600 kəşfiyyat missiyası həyata keçirdikləri məlum olub. Şübhəlilərə İran tərəfindən yüz minlərlə şekel (İsrail pul vahidi) ödənilib.
Əldə edilən məlumata görə, Tel-Əvivdə yaşayan 45 yaşlı İsrail vətəndaşı Vladimir Varehovski İsrail alimlərini təqib edərək, alimləri öldürmək müqabilində 100 min şekel ödəməyə razı olub. İran kəşfiyyatı Varehovski tapşırığı yerinə yetirmək üçün xüsusi tapança da alıb. Bəzi İsrail vətəndaşlarının ödəniş qarşılığında Qüds merinə sui-qəsd, nəqliyyat vasitələrini yandırmaq və alimləri öldürmək planları hazırlayarkən yaxalandığı da qeyd olunur.
Digər tərəfdən İsrail kəşfiyyatından sızan məlumata görə, Vladislav Viktorson (30) və həyat yoldaşı Anna Bernşteyn (18) strateji nöqtələrdə terror aktı törətmək ərəfəsində yaxalanıblar. İddiaya görə, şübhəlilərin evində İsrail zabitlərinin yaşayış məntəqələrinə atılması planlaşdırılan çoxlu sayda əl qumbarası tapılıb. Daha bir şübhəlinin evindən snayper tüfəngi götürülüb. Əldə edilən yazışmalarda o da aydın olub ki, İran kəşfiyyatçısı əməliyyat keçiriləcəyi təqdirdə şübhəlilərə 130 min şekel kriptovalyuta ödəyəcəyini vəd edib.
Aysel Şahmar
-
Dünya01:20
Nazir dəmiryol vağzalındakı hadisəyə görə istefa verdi
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Elm və təhsil00:25
Müəllimlərə xüsusi kartlar verilir: güzəştlər ediləcək
-
Nida Xəbər 4 Noyabr 23:05
Pezeşkian COP29-da iştirak etmək üçün Azərbaycana gələcək
-
İdman4 Noyabr 21:49
Premyer Liqa klubu Konor Makqreqoru ələ saldı - FOTO
-
Magazin14 Noyabr 20:50
Dilarə: "O klipi Bakıda çəksək, biabırçılıq olardı" - VİDEO
-
Nəqliyyat4 Noyabr 19:20
Hazırda 18 küçədə tıxac var - SİYAHI
-
Dünya4 Noyabr 19:10
Vəzifəli şəxsin porno videoları yayıldı: partnyorları arasında nazir arvadları da var