Yaxın Şərq
Əsəddən sonrakı Suriya: Rusiyadan mənzərə belə görünür
Bəşər Əsədin postunu tərk etməsindən sonra Suriyanın gələcəyi necə olacaq? Onun bu addımı nəticəsində siyasi boşluq yaranacaq ki, bu da öz növbəsində İslam terror qruplaşması dövlətinin (İD) güclənməsinə gətirib çıxara bilər.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq münasibətlər sahəsində ekspert Rüstəm Vansu deyib.
Vansu qeyd edib ki, bu yaxınlarda Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyasının lideri Hadi əl-Bəhra ölkədə ümumi seçkilərin keçirilməsi üçün təhlükəsiz və neytral mühitin yaradılması məqsədilə 18 aylıq keçid dövrü təklif edib. Politoloqub fikrinə görə, altı ay ərzində konstitusiya layihəsi təklif olunacaq və xalqa hakimiyyət sistemi ilə bağlı referendum keçirmək imkanı veriləcək, dövlət qulluqçuları bu müddət ərzində fəaliyyətini davam etdirəcək.
Bununla belə, ekspert hesab edir ki, Suriyanın siyasi gələcəyi etnik-dini müxtəlifliyinə görə “kövrək və qeyri-müəyyən” görünür. O, izah edib ki, ABŞ-ın dəstəklədiyi kürdlər ölkə əhalisinin təxminən 10%-ni təşkil edir və onlar ərazinin üçdə birinə nəzarət edirlər, şiə müsəlmanlar isə öz növbəsində 13%-ni təşkil edir, onlar öz üstünlüklərini itirirlər. Vansu iddia edib ki, Əsədin devrilməsindən sonra müxalifət qruplarının birliyi olmayacaq.
Çünki əvvəllər hökuməti devirmək istəyəndə məqsədlərinə nail olmaq üçün birləşmiş ola bilərdilər, amma sonradan bu birliyi qoruyub saxlaya biləcəklərmi? Bu, sual altında olan bir şeydir.
Vansu əlavə edib ki, İD qruplaşması hələ də Suriyada mövcuddur və hətta kiçik bir əraziyə nəzarət etsə belə, gələcəkdə siyasi münaqişənin böyüməyəcəyi üçün zəmanət yoxdur.
Adəm Abbaslı
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
