Yaxın Şərq
İŞİD-in gizli hücrələri “oyandı”: hansı ölkələr hədəfdədir?
Suriyada Əsədin devrilməsindən sonra İŞİD terror qruplaşmasının aktivləşməsi, xüsusilə Yeni il bayramı ərəfəsində ABŞ-da baş verən terror aktları suallar yaratdı: Vaşinqton “terror təhlükəsi adı ilə Suriyada mövcudluğunu davam etdirmək” üçün əsaslar yaradır, yoxsa, gerçəkdən terror qruplaşması “gün üzünə” çıxır?
Publika.az “Haberglobal”a istinadən İŞİD-in aktivləşməsi haqda bəzi detalları təqdim edir.
İŞİD-in əsas hücrələri Suriyanın şimalında – PYD/YPG qruplaşmasının nəzarət etdiyi bölgələrdə yerləşir. Terror qruplaşmasının “Yalnız Aslanlar” adı verilən hücrə qruplarının hərəkətə keçdiyinə dair məlumatlar yayılır. Terror təşkilatına yaxın mənbələrin məlumatına görə, İŞİD Əsədin devrilməsi və Suriya qüvvələrinin strateji bölgələrdən çəkilməsindən sonra yaranmış boşluqlardan istifadə edərək, hərəkət qabiliyyətini artırır.
“Son kəşfiyyat məlumatı” adı ilə paylaşılan informasiyalara görə, Avropada, ABŞ-da, Suriya və İraqda İŞİD tərəfindən terror aktları planlaşdırılır. Terror qruplaşmasının “Yalnız Aslanlar” hücrələrinə məxsus olduğu iddia edilən “kəmərlərinizi, susdurucularınızı, bıçaq və partlayıcılarınızı hazırlayın” sözlərinin yer aldığı səsli mesajların yayıldığı iddia olunur.
Təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Güngör Yavuzarslan hesab edir ki, beynəlxalq ictimaiyyət üçün yeni model İŞİD təqdim edilir.
“Avtomobillərlə kütlənin içinə daxil olan, sensasiya yaradacaq hücumlar edən, əsasən da bir, yaxud bir neçə nəfərdən ibarət “yatmış hücrə”, ya da “yalnız canavar” kimi qrupların istifadə edildiyini görürük. “Yalnız aslan”, bəzən də “yalnız tülkü” adları ilə tanınan qruplar birbaşa İŞİD-in rəhbərlərinə bağlı olanlardır. Onların kim olduğunu, hansı ölkədə fəaliyyət göstərdiyini yalnız İŞİD-in dar çevrədəki rəhbərliyi bilir. Artıq 2025-ci ildə yeni model İŞİD-lə üz-üzəyik”, - Yavuzarslan deyib.
Asif
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu














.jpg)


















.jpg)


