Yaxın Şərq
"İsrail Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək"
"İsrail öz varlığına təhlükə yarada biləcək Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək".
Publika.az xəbər verir ki, bunu yəhudi dövlətinin müdafiə naziri İsrael Kats Amerika nümayəndə heyəti ilə görüşündə deyib.
"İsrailin prioritetləri aydındır: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, bütün girovları azad etmək, Qəzzada HƏMAS-ı məhv etmək və daha sonra Səudiyyə Ərəbistanı ilə normallaşma haqqında razılaşma", - müdafiə naziri deyib.
Katz əlavə edib ki, ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planı İsrail xalqının təhlükəsizliyini təmin edə biləcək yeganə təşəbbüsdür.
Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcək. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.
Əsirlər mübadiləsi ABŞ prezidenti Donald Tramp administrasiyasının iştirakı ilə əldə olunan atəşkəs razılaşması çərçivəsində həyata keçirilir . Ağ Evin rəhbəri bildirib ki, Qəzzadakı razılaşmalar uğursuz olarsa, “cəhənnəm dağılar”.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI









.jpg)






























