Yaxın Şərq
İsrail “Akkuyu”nu hədəfə aldı: “Türkiyə yeni İrandır”
İsrail mətbuatında Türkiyənin nüvə sahəsində atdığı addımlarla bağlı diqqətçəkən iddia ortaya atılıb. Akkuyu Atom Elektrik Stansiyası (AES) hədəf göstərilərək, “Türkiyə yeni İrandır” ifadəsi işlədilib.
Publika.az xəbər verir ki, İsrail mətbuatı Türkiyənin gələcəkdə nüvə silahı əldə edə biləcəyi ni iddia edib.
“Israel Hayom” qəzetində beynəlxalq siyasət, böhran idarəçiliyi və strateji kommunikasiyalar üzrə ekspert Şey Qalın yazdığı məqalədə Türkiyə ilə bağlı hərtərəfli təhlillər aparılıb və Ankaranın xarici siyasətinin onlara zərər verdiyi bildirilib:
"Türkiyə yeni İrandır. Ankara bu il fəaliyyətə başlaması planlaşdırılan Akkuyu Nüvə Layihəsini sürətləndirir. Türkiyənin uranın müstəqil zənginləşdirilməsində israrlı olması ona nüvə silahı hazırlamağa imkan verəcək. Rəcəb Tayyib Ərdoğan 560 km mənzilli “Tayfun” ballistik raketinin sınaqdan keçirildiyini açıqlayıb və Yunanıstana açıq xəbərdarlıqlar edib. Eyni zamanda, 2029-cu ildə istifadəyə verilməsi gözlənilən yerli döyüş təyyarəsi KAAN-ın seriyalı istehsalına başlanılıb. Ərdoğan bu yarışda “İran və İsraildən geri qala bilməyəcəklərini” bildirib”.

Xəbərdə, Akkuyu AES-in gələcəkdə Türkiyəyə hərbi məqsədli nüvə silahı istehsal etmək imkanı yarada biləcəyi vurğulanıb. Həmçinin qeyd edilib ki, Türkiyənin Rusiya ilə olan əməkdaşlığı bu riski daha da artırır.
Bildirilib ki, Türkiyənin “Mavi Vətən” doktrinası çərçivəsində dəniz və hava üstünlüyü hədəflərinin bir hissəsidir:
“Türkiyə NATO üzvlüyündən toxunulmazlıq qalxanı kimi istifadə edir. Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin alınması təhlükəsizliyi zəiflətsə də, F-35 proqramına qayıtmaq cəhdləri Ərdoğanın əlini gücləndirir. NATO-nun 5-ci maddəsi Türkiyəni qonşularının reaksiyasından qorunmaq üçün təhlükəsiz zona təmin edir”.
Akqabay
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO

















.jpg)



.jpg)













