Hörmüzdə 3 tanker minaya düşərək alovlandı: ABŞ ordusunun gözü qarşısında
Bizi izləyin

Yaxın Şərq

Hörmüzdə 3 tanker minaya düşərək alovlandı: ABŞ ordusunun gözü qarşısında

Hörmüzdə 3 tanker minaya düşərək alovlandı: ABŞ ordusunun gözü qarşısında

Son bir neçə saat ərzində Hörmüz boğazından keçərkən üç neft tankerinin dəniz minalarına dəydiyini və alovlandığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb.

"Bu tankerlərdən biri cənub marşrutu, digər ikisi isə ABŞ qüvvələrinin güclü hava mühafizəsi və müşayiəti altında Hörmüz boğazının şərqində hərəkət edirdi. Onlar dəniz minalarına dəydi və güclü partlayışlar nəticəsində alovlandı", - deyə İİKK-nın açıqlamasında bildirilir.

Bəyanata görə, ABŞ ordusu bu hadisələrin qarşısını ala bilmədi.

"ABŞ hava eskortları bu hadisələrin qarşısını ala bilməyiblər. Bu gəmilərdə baş verən partlayışların və yanğınların fotoları yaxın saatlarda dərc olunacaq", - deyə İİKK qeyd edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm