Yaxın Şərq
İraq Kürdüstanında ara qarışdı: Türkiyəyə qarşı təxribat?
Yaxın Şərq mövzuları üzrə ixtisaslaşmış Telegram kanallarının məlumatına görə, gecə saatlarında İraq Kürdüstanında toqquşmalar baş verib.
Publika.az xəbər verir ki, versiyalardan birinə görə, nüfuzlu Harki qəbiləsinin nümayəndələri Ankara ilə sıx əlaqələri olan Bərzani hökumətinə qarşı üsyan ediblər. Başqa bir versiyaya görə, baş verənlər tayfalararası mübahisələrlə bağlıdır.
Əsas yolların bağlandığı qeyd edilir. Xüsusilə də, müxalif birləşmələr əlavə qüvvələrin ötürülməsinin qarşısını almaq üçün Küveyr və Ərbili birləşdirən mühüm magistral yolu bağlayıb.
Döyüşlərin Xor Mor qaz yatağının yaxınlığında getdiyi barədə məlumat var.
Maraqlıdır ki, iyulun 6-da Türkiyənin kürd yönümlü DEM partiyasından olan nümayəndə heyəti İmralı adasına gedib və orada Abdulla Öcalanla görüşüb. Danışıqlar təşkilatın tərksilahına tezliklə başlanacağına dair xəbərlər fonunda baş tutub. Qeyd olunub ki, bu həftə Şimali İraqda PKK-nın tərksilahına başlanılacaq.
Nümayəndə heyəti daha sonra səfərin yekunları barədə məlumat vermək üçün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Tural
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO

















.jpg)



.jpg)













