Yaxın Şərq
Fələstinlilər Trampın bu planını rədd edirlər: Torpaq bizimdir
Qəzzadakı fələstinlilər ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun iki milyondan artıq anklav sakininin qonşu ölkələrə köçürülməsi ilə bağlı mübahisəli ideyasını qəti şəkildə rədd ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Bura bizim torpağımızdır, kimə buraxacağıq, hara gedəcəyik?", - 45 yaşlı fələstinli Mənsur Əbu əl-Xeyr, təxminən iki il davam edən müharibənin xarabalığa çevrildiyi bölgəyə baxaraq deyib.
Bu həftənin əvvəlində Tramp və Netanyahu “qonşu ölkələrlə əla əməkdaşlığa” istinad edərək, mübahisəli köçürmə planını müzakirə etdiklərini təsdiqlədilər. Netanyahu jurnalistlərə deyib ki, fələstinlilərin Qəzzada qalmaq və ya tərk etmək “seçimi olmalıdır”. Onun sözlərinə görə, ABŞ və İsrail “fələstinlilərə daha yaxşı gələcək” vermək üçün digər ölkələrlə işləyir.
Bir çox fələstinlilər üçün köçkünlük həssas məsələdir və İsrail dövlətinin yaradılmasından sonra yüz minlərlə fələstinlinin evlərini itirdiyi 1948-ci il hadisələrini xatırladır. 27 yaşlı Qəzza sakini Səid, "Biz sərbəst səyahət edə bilməyin əleyhinə deyilik, lakin məcburi köçkünlüyü rədd edirik" deyib.
Fələstin Siyasi Araşdırmalar Mərkəzinin məlumatına görə, bu gün Qəzza sakinlərinin demək olar ki, yarısı dağıntılar və humanitar fəlakət səbəbindən sektoru tərk etmək istəyir. Lakin əksəriyyət öz doğma torpaqlarını zorla tərk etməyə hazır olmadıqlarını vurğulayır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri Qəzzada 57 mindən çox fələstinli həlak olub.
Tural
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR

















.jpg)



.jpg)














