Yaxın Şərq
Yoav Qallant Xameneini HƏDƏLƏDİ: "Biz hər yerdəyik, ağır bədəl ödəyəcəksiniz"
İsrailin keçmiş müdafiə naziri Yoav Qallant İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei məktub yazıb.
Publika.az xəbər verir ki, o, məktubunda bildirib ki, İsrail onun hər addımını izləyir və Xameneiyə başqa gizli nüvə proqramına başlaya bilməyəcəyi barədə xəbərdarlıq edib.
"Biz heç vaxt görüşməmişik, amma əminəm ki, bir-birimiz haqqında çox şey bilirik. Mən sizi təxminən otuz ildir tanıyıram və rəhbərlik etdiyiniz dövrdə hər bir mərhələni izləmişəm.
Mən sizin qərarlarınıza, doktrinanıza və regionda yaratdığınız proksi strukturunu izləmişəm. Mən sizin Xomeyninin yerinə daha kəskin olduğunuzun, siyasi güc topladığınız və İranın regional hegemonluğunu bərqərar etmək üçün səy göstərdiyinizin şahidi oldum. Mən təkcə sizin məqsədlərinizi deyil, o məqsədlərə çatmaq üçün seçdiyiniz üsulları da başa düşdüm.
İsrail HƏMAS-ın rəhbərliyini, Hizbullahın silah anbarlarını və komandanlığını, raket istehsalı obyektlərini sistemli şəkildə məhv edib.
Təl-Əviv üzərində uçduğumuz kimi Tehran üzərində də uçduq. Biz sizin hərbi komandirlərinizi və əsas alimlərinizi məhv etdik. "S-300" sistemlərinizi hədəf aldıq. Sizin hava hücumundan müdafiə vasitələrinizi məhv etdik. Biz sizin nüvə proqramınızı və infrastrukturunuzu illər üzrə geri saldıq.
Siz 90 milyon əhalisi olan bir ölkəsiniz, əraziniz İsraildən 60 dəfə böyükdür. Ancaq bu gün, həmişəkindən daha çox ziyana uğrayıbsınız.
Hələ vaxtınız var. Amma çox deyil.
Əvvəllər təmkinli anlarla qarşılaşmısınız. 2003-cü ildə İraq müharibəsində ABŞ ilə müharibəyə getməmisiniz. Regional təlatümlər qarşısında sabit qaldınız. Həyatda qalmaq lazəm olduqda müttəfiqlərinizdən vaz keçdiniz.
İndi seçim etməlisiniz: Mühafizə olunmayan və məhdud hücum qabiliyyətinizlə nüvə proqramını davam etdirəcəksinizmi?
Biz xəbərdar olacağıq, onu zərərsizləşdirəcəyik. Və ağır bədəl ödəyəcəksiniz.
Ancaq başqa bir səhv etsəniz, biz orada olacağıq - sizi gözləyirik", - eks-nazir məktubunda qeyd edib.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava




































