Yaxın Şərq
Yaxın Şərqdə qanlı oyun: Türkiyə mühasirəyə alınır?
Xəbər verdiyimiz kimi, Suriyada son günlər İŞİD terrorçularının fəaliyyəti yenidən artıb. Xüsusilə Hüms, Deyr əz-Zor və Dəməşq bölgələrində hücumların sayı çoxalıb.
Publika.az xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatına görə, təkcə son iki ayda 32 hücum qeydə alınıb.
"Haber Global"-ın yaydığı xəbərə əsasən, ABŞ bu təhdiddən istifadə edərək PKK-nın Suriya qolu olan YPG-ni bölgədə daha da gücləndirməyə çalışır.
Bildirilib ki, “çöl strategiyası” adı altında YPG-yə yeni silahlar verilir, təşkilat daha geniş ərazilərdə yerləşdirilir.
İddialara görə, bu planın məqsədi YPG-ni beynəlxalq miqyasda daha legitim güc kimi tanıtmaq və bölgədəki mövqeyini möhkəmləndirməkdir. Ekspertlər bu yanaşmanın bölgədə yeni qarşıdurmalara və təhlükəsizlik risklərinə yol aça biləcəyini vurğulayırlar.
Mənbələr bildirir ki, ABŞ və bəzi Qərb dairələri “təhlükəsizlik boşluğunun” doldurulması bəhanəsi ilə YPG-yə dəstək verməyə davam edir. Bu plan çərçivəsində “Hol” düşərgəsindəki İŞİD üzvlərinin nəzarətdə saxlanılması, yeni nəzarət bölgələrinin yaradılması və bəzi ərazilərdəki “çöl dəhlizlərinin” YPG-nin nəzarətinə verilməsi də nəzərdə tutulur.
Təhlilçilər bu planın bölgədə yeni qarşıdurmalara yol aça biləcəyini və Türkiyə üçün də ciddi təhlükə yaradacağını bildirirlər. YPG-nin silahlanması və legitim güc kimi göstərilməsi region dövlətlərini narahat edə bilər.
Təqaüdçü diplomat Uluç Özülker bildirib ki, Yaxın Şərq hər an böyük təlatümlərə meyillidir. Onun sözlərinə görə, gərginliyin Türkiyəyə də sıçraması qaçılmaz görünür.
Türkiyənin regional risklərə qarşı həssas olduğu bir dönəmdən keçdiyini vurğulayan Özülker, PKK terror təşkilatının İran qolu olan PJAK-ın “silahlarımızı yerə qoymayacağıq” açıqlamasının da bu çərçivədə dəyərləndirilməsi lazım olduğunu sözlərinə əlavə edib.
"Biz bu problemlərin öhdəsindən necə gələcəyimizə baxmalıyıq. Bu problemlərə faktiki müdaxilədən başqa həll yolu tapılacaqmı? Bütün bunlar üçün planlaşdırma aparılmalıdır. İran məsələsi hələ bitməyib. İndi yeni bir məsələ ortaya çıxıb: Hindistan. Pakistana dəstəyimizə görə Hindistan da bu regionda planlar qurur. O, bizə qarşı durmağa çalışmağa başlayıb. Hara baxırsan, çətin vəziyyətdəyik", - sabiq diplomat vurğulayıb.
Akqabay
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub








.jpg)







.jpg)


















.jpg)



