Yaxın Şərq
İsrailin Qəzzadan çıxarılması üçün plan hazırlandı
Fələstinin radikal “HƏMAS” hərəkatı Qətərin 2025-ci ilin yanvarında İsrail Silahlı Qüvvələrinin Qəzza zolağından çıxarılması üçün təklif etdiyi plana qayıtmağa hazırdır və kiçik güzəştlərə gedə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Fələstin mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, “HƏMAS” nümayəndələri Dohadakı məsləhətləşmələr zamanı Qətər müzakirəçiləri tərəfindən 2025-ci ilin əvvəlində İsrail ordusunun Qəzza zolağından çıxarılması planı ilə bağlı müzakirələrə qayıtmağa hazır olduqlarını bildiriblər.
Sənəd yəhudi dövlətinin qoşunlarının Fələstin anklavının sərhədindən 700 metr dərinlikdə, həmçinin sektorun müəyyən ərazilərində 400 metr dərinlikdəki mövqelərindən çıxarılmasını nəzərdə tutur.
Mənbələr vurğulayıb ki, “HƏMAS” bu planın bəzi məqamlarını tənzimləmək baxımından düzəlişlər edə bilər.
Eyni zamanda hərəkat Rəfah və Xan-Yunis şəhərləri arasında şərqdən qərbə doğru Qəzza zolağından keçən “Moraq” deyilən oxda İsrail bölmələrinin qorunub saxlanmasını tamamilə rədd edir.
Hərəkatın rəhbərliyi hesab edir ki, İsrail hərbçilərinin ərazidə olması 400 minə yaxın fələstinlinin Rəfaha qayıtmasının qarşısını alacaq.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
















.jpg)




.jpg)













