Yaxın Şərq
Suriya DİN İsrailin Əs-Suveydaya müdaxiləsini pislədi
Suriya daxili təhlükəsizlik qüvvələri Əs-Suveyda şəhərində sabitliyi bərpa edə bilib, lakin radikal qruplar atəşkəs və silahların təhvil verilməsi ilə bağlı razılaşmaları pozub.
Publika.az xəbər verir ki, bu barədə SANA agentliyi Suriya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Radikal qruplar Əs-Suveydada vəziyyətin normallaşdırılmasına dair razılaşmaların icrasını pozaraq, yaradılmış nəzarət-buraxılış məntəqələrinə və polis əməkdaşlarına hücumları bərpa ediblər. Hökumətin mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün intensiv səyləri fonunda şəhərin bəzi ərazilərində qarşıdurmalar hələ də davam edir”, - bəyanatda deyilir.
Bəyanatda İsrailin Əs-Suveyda hadisələrinə müdaxiləsi pislənir. İsrail Hərbi Hava Qüvvələrinin druz dağ özünümüdafiə birləşmələrinə dəstək olaraq hava hücumları təşkil etdiyi bildirilir.
Bundan əvvəl Əs-Suveydada komendant saatı tətbiq edilib və Daxili İşlər Nazirliyinin və keçid hökumətinin Müdafiə Nazirliyinin qoşunları şəhərin mərkəzi hissəsini təmizləmək üçün əməliyyat keçirib və özünümüdafiə dəstələrini oradan qovub. Druz icmasının şeyxləri hökumət qüvvələrinin Əs-Suveydaya daxil olmasını alqışlayıb, yerli döyüşçüləri müqaviməti dayandırmağa və silahlarını hakimiyyətə təhvil verməyə çağırıblar.
Xatırladaq ki, iyulun 13-də ölkənin cənubundakı Əs-Suveyda əyalətində toqquşmalar baş verib. Şiddətli atışmalarda azı 46 druz, 28 bədəvi və daha 4 mülki şəxs həlak olub.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
















.jpg)




.jpg)













