Yaxın Şərq
ABŞ-dan Suriya ilə bağlı tələb: İsrail razılaşdı
ABŞ-ın tələbi ilə İsrail Suriyanın cənubunda Dəməşqə bağlı hədəflərə qarşı hücumlarını dayandırmağa razılaşıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.
Vaşinqtonun bölgədəki gərginliyi azaltmaq məqsədilə İsraildən hücumlara ara verməsini istədiyi, Təl-Əvivin də bu çağırışı müsbət qarşıladığı qeyd edilib.
Bildirilib ki, Vaşinqtonun diplomatik təzyiqi nəticəsində Təl-Əviv hücumu dayandırmağa söz verib. Qərarın bu axşamdan qüvvəyə minəcəyi bildirilir.
Son günlərdə druz və bədəvi tayfaları arasında qarşıdurmalar daha da şiddətlənib. Xüsusilə, Süveyda vilayətində baş verən qanlı toqquşmalarda 30-dan çox insanın həlak olduğu, 100-dən artıq yaralının olduğu açıqlanıb. Bölgədə 18 suriyalı əsgərin öldürüldüyü, 9-nun isə əsir götürüldüyü iddia olunur.
İsrailin müdafiə naziri Yoav Qallant və Baş nazir Benyamin Netanyahu, Suriya ordusuna məxsus hərbi hədəflərə qarşı aviazərbələr endirdiklərini açıqlamışdı. Bu hücumlar xüsusilə Süveyda yaxınlığında yerləşən hərbi anbarlar və konvoylara qarşı həyata keçirilib.
Akqabay
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
















.jpg)




.jpg)













