Yaxın Şərq
İsrail Dəməşqi bombaladı - Netanyahudan kritik mesaj: “Vəziyyət çox ciddidir”
İsrail və Suriya arasında gərginlik yenidən artıb.
Publika.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Dəməşq şəhərinə - Suriya Baş Qərargahı və Müdafiə Nazirliyi binalarına qarşı hava zərbələri endirib.
Bu hücumlardan dərhal sonra İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdəki Prezident İqamətgahına zərbələr endirib.
Bunun ardından baş nazir Benyamin Netanyahu açıqlama yayıb. “Suriyada vəziyyət çox ciddidir”, - deyə o vurğulayıb.
Suriya Prezident Administrasiyası hücumları qəbuledilməz elan edərək, onların “cinayətkar və qeyri-qanuni davranış” olduğunu bildirib.
“Suriya hökuməti olaraq biz bu iyrənc hərəkətləri qətiyyətlə pisləyirik və bütün əlaqəli hadisələri araşdırmaq və günahkar olanların hamısını məsuliyyətə cəlb etmək öhdəliyimizi bir daha bəyan edirik”, - deyə dövlət mediasında bildirilib.
Hadisələrdən sonra İsrail ordusu Colan bölgəsində təhlükəsizlik səviyyəsini yüksəldib, sərhəddən keçməyə çalışan Suriya vətəndaşlarını geri qaytardığını açıqlayıb.
İsrailin müdafiə naziri İsrael Katz isə Dəməşqə verilən siqnalların bitdiyini, daha ağır zərbələrin olacağını vəd edib: "İsrail ordusu druzlara hücum edən qüvvələr tamamilə geri çəkilənə qədər şiddətli zərbələr endirməyə davam edəcək. İsraildəki druz qardaşlarımız, Suriyadakı qardaşlarınızı İsrail ordusu qoruyacaq. Baş nazir Netanyahu və mən söz vermişdik və bu öhdəliyi yerinə yetirəcəyik".
Eyni zamanda, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib: “Suriyanın cənub-qərbində vəziyyət çox ciddidir. Suveydadaki dinc sakinlərə edilən hücumları qətiyyətlə pisləyirik. Bütün tərəflər geri çəkilməli, davamlı atəşkəslə nəticələnəcək dialoqu həyata keçirməlidirlər”.
Akqabay
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
















.jpg)




.jpg)













