Yaxın Şərq
Müharibədən qorxmuruq: Əhməd əl-Şara İsrailə meydan oxudu, druzlara müraciət etdi
Suriya hakimiyyəti druz azlığının xarici qüvvələrin işlərinə cəlb olunmasına imkan verməyəcək və Suriya xalqı müharibədən qorxmur.
Publika.az xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şara deyib. Bu barədə “Reuters” məlumat yayıb.
O, druz vətəndaşlarının və onların hüquqlarının müdafiəsinin Suriyanın prioriteti olduğunu bildirib.
Çərşənbə günü İsrailin Dəməşqə kütləvi hava hücumlarından sonra ilk televiziya çıxışında əl-Şaraa druz azlığına müraciət edib.
"Biz müharibədən qorxmuruq, lakin Suriya xalqının maraqlarını məhv olmaqdan üstün tutmuşuq. Sizin (druzların) hüquqlarınızı qorumaq bizim prioritetimizdir və sizi xarici qüvvənin əlinə çəkmək cəhdini rədd edirik", - o deyib.
“Suriya xalqı müharibədən qorxmur və ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır”, - deyə prezident vurğulayıb.
Druzlar İsrail, Suriya və Livanda yaşayan bir milyona yaxın ərəb dini azlığıdır.
Tural
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava




































