Yaxın Şərq
Əhməd Əl Şaraa ölkədə hərtərəfli atəşkəs elan etdi
Suriyanın keçid prezidenti Əhməd Əl Şaraa ölkədə hərtərəfli atəşkəs elan edib.
Publika.az SANA agentliyinə istinadla xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının bəyanatında deyilir.
“Ölkənin hazırda yaşadığı xüsusi şəraiti nəzərə alaraq, qan tökülməsinə son qoymaq, Suriya ərazisinin birliyini və onun əhalisinin təhlükəsizliyini qorumaq üçün Suriya Ərəb Respublikasının rəhbərliyi dərhal və hərtərəfli atəşkəs elan edir”, - bəyanatda deyilir.
Suriya rəhbərliyi istisnasız olaraq bütün tərəfləri bu qərara tam əməl etməyə, bütün bölgələrdə bütün hərbi əməliyyatları dərhal dayandırmağa, mülki insanları qorumağa və humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə çağırıb.
Hakimiyyət xəbərdarlıq edib ki, atəşkəs rejiminin pozulması ölkənin suverenliyinin pozulması kimi qiymətləndiriləcək və hüquqi tədbirlərlə nəticələnəcək.
Xatırladaq ki, iyulun 13-də Suriya silahlı qruplarının Əs-Suveyda əyalətində bir sıra druzların (İsrail hökumətinin dəstəklədiyi etnik qruplar) yaşayış məntəqələrinə hücumu, nəticədə əyaləti Dəməşqlə birləşdirən avtomobil yolunun da bağlanması barədə məlumat yayılmışdı. Mülki əhalini qorumaq üçün druz özünümüdafiə dəstələri silahlı dəstələrlə döyüşə başlayıblar.
Druzlara dəstək olaraq İsrail Müdafiə Qüvvələri (İDF) iyulun 16-da Dəməşqdəki Suriya Baş Qərargahının giriş qapısına zərbələr endirib. Suriya ilə gərginlik fonunda İDF iki diviziyanı Colan təpələrinə köçürməyə hazır olduğunu da açıqlayıb.
İyulun 19-da ABŞ-ın Türkiyədəki səfiri və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak İsrailin baş naziri Binyamin Netanyahu və Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şaraa atəşkəs barədə razılığa gəldiklərini açıqlayıb.
Akqabay
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO















.jpg)





.jpg)













