Yaxın Şərq
Suriya hakimiyyəti bu ərazidə təhlükəsizlik qüvvələrini yerləşdirdi
Suriya hakimiyyəti druz qüvvələri ilə bədəvi qəbilələri arasında baş verən qanlı toqquşmalardan sonra ölkənin cənubundakı Əs-Suveyda əyalətində daxili təhlükəsizlik qüvvələrini yerləşdirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Suriya TV Suriya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nurəddin əl-Babanın bəyanatına istinadən məlumat yayıb.
“Cinayətkar qruplar tərəfindən törədilən qanlı hadisələrdən sonra və Respublika Prezidentinin göstərişi ilə daxili təhlükəsizlik qüvvələri əsas məqsədi mülki əhalinin müdafiəsi və xaosa son qoymaq olan ümummilli missiyanın bir hissəsi kimi Əs-Suveyda əyalətinə yerləşdirilməyə başlayıb”, - deyə məlumatda bildirilir.
Daxili İşlər Nazirliyinin sözçüsü iddia edir ki, dövlət bütün siyasi və təhlükəsizlik strukturları ilə Suveydada təhlükəsizlik və sabitliyin bərpası üçün səylərini davam etdirir.
Xatırladaq ki, Suriyanın keçid prezidenti Əhməd Əl Şaraa ölkədə hərtərəfli atəşkəs elan edib.
İyulun 13-də Suriya silahlı qruplarının Əs-Suveyda əyalətində bir sıra druzların (İsrail hökumətinin dəstəklədiyi etnik qruplar) yaşayış məntəqələrinə hücumu, nəticədə əyaləti Dəməşqlə birləşdirən avtomobil yolunun da bağlanması barədə məlumat yayılmışdı. Mülki əhalini qorumaq üçün druz özünümüdafiə dəstələri silahlı dəstələrlə döyüşə başlayıblar.
Druzlara dəstək olaraq İsrail Müdafiə Qüvvələri (İDF) iyulun 16-da Dəməşqdəki Suriya Baş Qərargahının giriş qapısına zərbələr endirib. Suriya ilə gərginlik fonunda İDF iki diviziyanı Colan təpələrinə köçürməyə hazır olduğunu da açıqlayıb.
Akqabay
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO















.jpg)





.jpg)













