Yaxın Şərq
Suriyada son durum: Qəbilələr geri çəkildi, ABŞ çağırış etdi
Təxminən bir həftədir ki, bədəvi qəbilələri ilə druzlar arasında şiddətli toqquşmaların baş verdiyi Suveydada son atəşkəsdən sonra sakitliyin bərpa olunduğu, bədəvi qruplarının şəhərdən çıxarıldığı və polis qüvvələrinin şəhər mərkəzinə yerləşdirildiyi bildirilir.
Publika.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyi bədəvi qruplarının Sueydədən çıxarılmasını elan edərkən, Suriya İnsan Haqları Müşahidə Qrupu "Sveyda ehtiyatlı bir sakitlik vəziyyətindədir" ifadəsini işlədib və Dəməşq qüvvələrinin bədəvilərin şəhərə yenidən daxil olmasının qarşısını almaq üçün yol blokları qurduğunu bildirib.
İsrailin hücumları səbəbilə Sveydadan geri çəkilən Dəməşq qüvvələri 7 gün sonra bölgəyə qayıtmağa başlayıb. Polis qüvvələri toqquşmalar nəticəsində sənədləşdirilmiş ölənlərin sayının 426-ya yüksəldiyini bildirib.
AFP-nin bölgədəki müxbiri də döyüşlərin dayandığını və yardım karvanlarının şəhərə gəldiyini bildirib. Suriya Qızıl Aypara Cəmiyyəti 150 min əhalisi olan şəhərə ərzaq, dərman, yanacaq və su yüklü 32 yük maşınının göndərildiyini, Suriya Səhiyyə Nazirliyi isə tibbi ləvazimat daşıyan daha bir konvoyun gəldiyini açıqlayıb.
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Suriyadakı son vəziyyətlə bağlı sosial şəbəkələrdəki paylaşımında qeyd edib ki, yerlərdəki qruplar “ağrılı mirastan ümidli gələcəyə keçid ümidlərinə” kölgə salan “qəddar” hərəkətləri ilə hökumətin nüfuzunu zəiflədir və nizamı pozur. Barak bütün qrupları silahlarını yerə qoymağa çağıraraq, "Suriya kritik bir mərhələdədir, sülh və dialoq qalib gəlməlidir və bu, indi baş verməlidir" deyib.
ABŞ dövlət katibi Marko Rubio da Dəməşq hökumətindən cihadçıların şəhərə daxil olmasının qarşısını almağı və Suriya ordusu daxilində druzlara qarşı cinayətlərdə iştirak edənlərin müəyyən edilərək cəzalandırılmasını tələb edib.
Rubio "X" hesabında paylaşdığı mesajda ABŞ-ın İsrail, İordaniya və Suriya ilə daimi əlaqədə olduğunu bildirib və Dəməşqdən "öz sıralarında olanlar da daxil olmaqla" bütün şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.
Tural
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığı tərk etdi
-
Ekologiya07:17Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - ROQNOZ
-
İdman06:46Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim
-
Magazin206:16Çılpaq fotoları ilə şantaj edilən məşhur: “Amansız ittihamlar məni məhv etdi” - FOTO
-
İdman04:14Fransa millisinin oyunçusu PSJ-yə keçdi
-
Avropa03:43Yüzlərlə çılpaq velosipedçi Berlin küçələrində - VİDEO
-
İdman02:12Beşqat NBA çempionu vəfat etdi












.jpg)























