Yaxın Şərq
Livan ABŞ-ın təklifinə cavab verdi: “Hizbullah” təslim olur?
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak “Hizbullah”ın tərksilah edilməsi ilə bağlı ABŞ-ın təklifinə Livan prezidenti Cozef Avndan cavab alıb.
Publika.az xəbər verir ki, adının açıqlanmasını istəməyən livanlı siyasi mənbə “Anadolu” agentliyinə bildirib ki, Beyrut Barakın iyunun 19-da təqdim etdiyi ABŞ təklifinə cavabı alıb. Amma o, cavabın təfərrüatlarını açıqlamayıb.
Sözügedən təklif “Hizbullah”ın tərksilah edilməsini və İsrail ordusunun Livanın cənubundan çıxarılmasını ehtiva edir.
Tom Barak iyunun 19-da ABŞ-ın Beyrut administrasiyasına “ölkədə bütün silahların yalnız dövlət nəzarəti altında toplanmasını prioritet hədəf kimi qarşıya qoyan” təklifini təqdim etmişdi.
“Hizbullah”ın baş katibi Naim Qasim iyulun 6-da Aşura mərasimində etdiyi çıxışında bildirib ki, “Hizbullah” İsrailin Livandakı hücumları bitənə qədər silah təhvil vermək çağırışlarına cavab verməyəcək.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) çıxan “The National” qəzeti ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Baraka istinadən yazıb: “Livan “Hizbullah”ın silahları məsələsini həll etməlidir, əks halda ekzistensial təhlükə ilə üzləşə bilər”.
"Bir tərəfdə İsrail, digər tərəfdə İran var və indi Suriya özünü çox sürətlə təsdiqləyir" deyən Barak, Livan tədbir görmədiyi təqdirdə suverenliyini itirmək və qonşu ölkələrin müdaxiləsinə qarşı həssas olmaq riski ilə üzləşəcəyini bildirib.
Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO















.jpg)





.jpg)













