Yaxın Şərq
Suriya Türkiyədən yardım istədi
Suriya müdafiə potensialının gücləndirilməsi və terrorçularla mübarizədə Türkiyədən rəsmən yardım istəyib.
Publika.az xəbər verir ki, bu barədə “Anadolu” Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Suriya rəhbərliyi rəsmi olaraq Türkiyədən müdafiə potensialının gücləndirilməsi və bütün terror qruplaşmaları, ilk növbədə İŞİD-lə mübarizədə kömək istəyib”, - bəyanatda deyilir.
Bu müraciətə uyğun olaraq, Türkiyə Müdafiə Nazirliyi Suriya Ərəb Respublikasının müdafiə qabiliyyətinin gücləndirilməsi üçün təlim, məsləhət və texniki dəstək göstərməyə çalışır.
Müdafiə Nazirliyi Ankaranın əsas məqsədinin Suriyanın ərazi bütövlüyü və siyasi birliyini qorumaq olduğunu vurğulayıb.
Xatırladaq ki, iyulun 13-də Suriya silahlı qruplarının Əs-Suveyda əyalətində bir sıra druzların (İsrail hökumətinin dəstəklədiyi etnik qruplar - red.) yaşayış məntəqələrinə hücumu və əyaləti Dəməşqlə birləşdirən avtomobil yolunun bağlanması barədə məlumat yayılıb. Mülki əhalini qorumaq üçün druz özünümüdafiə dəstələri silahlı dəstələrlə döyüşə giriblər.
Druzlara dəstək olaraq İsrail Müdafiə Qüvvələri (İDF) iyulun 16-da Dəməşqdəki Suriya Baş Qərargahının giriş qapısına zərbələr endirib. Suriya ilə gərginlik fonunda İDF iki diviziyanı Colan təpələrinə köçürməyə hazır olduğunu da açıqlayıb.
Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO















.jpg)





.jpg)













