Yaxın Şərq
İsrail parlamenti qətnamə qəbul etdi: Bu ərazilərin işğalı rəsmiləşdirilir
İsrail parlamenti İordan çayının qərb sahilinin ilhaqını tələb edən qətnaməni təsdiqləyib.
Publika.az xəbər verir ki, İsrailin suverenliyinin Yəhudeya, Samariya və İordaniya vadisi ərazilərinə uzadılmasını təklif edən sənədə 71 üzv lehinə, 17-si əleyhinə səs verib.
“The Jerusalem Post” qeyd etdiyi kimi, bu qətnamə deklarativ xarakter daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil.
İordan çayının qərb sahili Qəzza zolağı ilə birlikdə BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən qismən tanınan Fələstin dövlətinin bir hissəsi hesab olunur. Bununla belə, ərazi üzərində effektiv nəzarət bölünür. Fələstin Administrasiyası İordan çayının qərb sahilinin yalnız 17%-ni idarə edir, qalanları isə tam və ya qismən İsrailin nəzarəti altındadır.
BMT-nin mövqeyinə görə, ərazi 1967-ci ildən İsrail tərəfindən işğal edilmiş sayılır. İsrail tərəfi "işğal" ifadəsini rədd edir, torpaqları mübahisəli hesab edir və regionla tarixi və dini bağlılığını vurğulayır.
2024-cü ilin iyulunda Beynəlxalq Ədalət Məhkəməsi İsrailin İordan çayının qərb sahilində mövcudluğunun de-fakto ilhaq olduğuna qərar verdi. Məhkəmə həmçinin İsrailin bölgədəki məskunlaşmalarının beynəlxalq hüquqa zidd olduğunu təsdiqləyib. Lakin İsrail heç vaxt İordan çayının qərb sahilini ilhaq etmək niyyətini rəsmi şəkildə bildirməyib.
Tural
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman24 Noyabr 19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq





































