Yaxın Şərq
İsraillə Suriya arasında yüksək səviyyəli görüş: Son 25 ildə ilk dəfə
İsrail və Suriya nazirləri ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə Parisdə son 25 ildə ilk dəfə yüksək səviyyəli görüş keçiriblər.
Publika.az-ın məlumatına görə, bu barədə “Axios” yazıb.
Portalın məlumatına görə, danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin rəhbəri Əsəd əl-Şeybani iştirak ediblər. Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub. İsrail mənbələri “Axios”a bildiriblər ki, tərəflər Suriyanın cənubunda təhlükəsizlik və atəşkəs barədə razılığa gəlmək niyyətinlərini açıqlayıblar.
İyulun 16-da İsrail Hərbi Hava Qüvvələri Suriya Ordusu Baş Qərargah kompleksi və Əbu Rummana məhəlləsindəki prezident sarayı da daxil olmaqla, Dəməşq və ətrafındakı strateji hədəflərə hücum edib. İyulun 17-də ölkənin şimal-qərbindəki Bzamildəki 132-ci motoatıcı briqada bazasına və Cəblədəki 107-ci zirehli briqada bazasına hava hücumları həyata keçirilib. İyulun 23-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr günorta saatlarında mərkəzi Homs əyalətində Suriyanın hərbi anbarlarına zərbələr endirib. İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq edib ki, hökumət qoşunları Əs-Suveyda şəhərindən və ölkənin cənubundakı druzların çoxluq təşkil etdiyi ətraf ərazilərdən çəkilməsə, İsrail Suriyaya zərbələr endirməyə davam edəcək.
Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO















.jpg)





.jpg)













