Yaxın Şərq
Səudiyyə Ərəbistanı İsraillə bağlı şərtini açıqladı: Yalnız bu halda...
Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilər, ancaq Fələstin dövlətinin yaradılmasından sonra.
Publika.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bildirib.
"Səudiyyə Ərəbistanı Krallığı üçün İsraillə münasibətlərin normallaşması yalnız Fələstin dövlətinin yaradılması ilə baş verə bilər", - Farhan bildirib.
O əlavə edib ki, bu mövqe dəyişməz olaraq qalır və “yalnız Fələstin dövlətinin yaradılması, Fələstin xalqının qanuni hüquqlarının həyata keçirilməsi ilə regionda davamlı sülhə və real inteqrasiyaya nail ola biləcəyimiz” qəti əminliyə əsaslanır.
Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının İbrahim razılaşmalarına qoşulmasında israrlıdır.
Söhbət ilk Tramp administrasiyasının vasitəçiliyi ilə ərəb dövlətləri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair bir sıra sazişlərdən gedir.
Öz növbəsində Səudiyyə Ərəbistanı vəliəhd şahzadə Məhəmməd bin Salman münasibətlərin normallaşdırılmasına dair istənilən razılaşma çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılmasına dair tələbini dəfələrlə təsdiqləyib.
Nəşr qeyd edib ki, Qəzza zolağındakı hazırkı humanitar böhran belə bir razılaşmanın əldə edilməsinə maneədir.
Bin Fərhan deyib: “Qəzzada daimi ölüm, iztirab və dağıntı olduğu halda normallaşmadan danışmağın mənası yoxdur”.
Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO












.jpg)








.jpg)











