Yaxın Şərq
İsrailin bu iki təşkilatından sensasion bəyanat: Qəzzada soyqırımı baş verir
İsrailin insan haqları təşkilatları “B'Tselem” və “Physicians for Human Rights” ölkə hakimiyyətini fələstinlilərə qarşı soyqırımda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"İsrailin Qəzza zolağındakı siyasəti və onların dəhşətli nəticələrinin təhlili, eləcə də İsrailin yüksək səviyyəli siyasətçiləri və hərbi komandirlərinin hücumun məqsədləri ilə bağlı açıqlamaları birmənalı nəticəyə gəlməyə əsas verir ki, İsrail Qəzza zolağında Fələstin cəmiyyətini məhv etmək üçün koordinasiyalı, düşünülmüş hərəkətə keçib. Başqa sözlə: Qəzza zolağında İsrailin ən qəzəbli soyqırımı baş verir”, - təşkilatların açıqlamasında deyilir.
Təşkilat İsrail hakimiyyətinin fələstinlilərə qarşı törətdiyi soyqırımın Qəzza zolağından kənarda başqa ərazilərə də yayıla biləcəyindən ehtiyat edir.
“B'Tselem” İsrail cəmiyyətini və beynəlxalq ictimaiyyəti soyqırımı dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
Öz növbəsində “Physicians for Human Rights” təşkilatı İsrail hakimiyyətini qəsdən, tədricən Qəzzanın səhiyyə sistemini və bununla da əhalinin sağ qalmaq imkanlarını məhv etməkdə ittiham edib.
Təşkilat xəstəxanaların, tibbi avadanlıqların dağıdılması, dərman çatışmazlığının yaradılması, eləcə də kütləvi aclıq üçün şərait yaradılması faktlarını qeyd edib. Təşkilatın fikrincə, bu, soyqırımı kimi qiymətləndirilə bilər.
Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO












.jpg)








.jpg)











