Yaxın Şərq
Netanyahu: "İsrailli girovlar sistematik olaraq aclıq çəkirlər"
İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) regional ofisinin rəhbəri Julien Lerissondan Qəzza zolağında girovları lazımi dərman və ərzaqla təmin etməyi xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, avqustun 3-də o, BQXK-nın nümayəndə heyətinin rəhbəri ilə danışıqlar aparıb və ondan vəziyyətə dərhal müdaxilə etməyi xahiş edib.
Baş nazir qeyd edib ki, HƏMAS-ın "aclıq" iddialarına baxmayaraq, girovlar həm fiziki, həm də psixoloji işgəncələrə məruz qalır və sistematik olaraq aclıq çəkirlər.
Bundan əlavə, Netanyahu beynəlxalq ictimaiyyəti HƏMAS və Fələstinin İslami Cihad qruplaşmasının hərəkətlərini pisləməyə və bu təşkilatlara istənilən formada birbaşa və ya dolayı dəstəyi dayandırmağa çağırıb.
İyulun 30-da Ərəb Liqası ölkələri ilk dəfə olaraq HƏMAS-ı qınadıqlarını bildirib və qruplaşmanı Qəzza zolağına nəzarətdən əl çəkməyə çağırıblar. BMT konfransında Liqa nümayəndələri Avropa İttifaqı ilə birgə bəyannamə imzalayıblar.
Hüseyn İbadlı
-
İdman22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin222:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi






















.jpg)











