Yaxın Şərq
Netanyahu Qəzza ilə bağlı İsrailin PLANINI AÇIQLADI
İsrail bütün Qəzza zolağına hərbi nəzarəti ələ keçirməyi, lakin sonra nəzarəti ərazini düzgün idarə edə biləcək ərəb ölkələrinin silahlı qüvvələrinə verməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.
“Biz bunu etmək niyyətindəyik. Biz orada qalmaq istəmirik. Biz təhlükəsizlik perimetri yaratmaq istəyirik. Biz Qəzzanı idarə etmək istəmirik, orada hakim qüvvə olmaq istəmirik”, - deyə o, İsrailin 26 millik bütün sahil zolağına nəzarəti ələ keçirmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən söyləyib.
Netanyahunun sözlərinə görə, İsrailin məqsədi Qəzzanı İsrail üçün təhlükə yaratmayan və anklav sakinləri üçün layiqli həyatı təmin edəcək şəkildə idarə edəcək “ərəb qüvvələri”nə verməkdir.
Qeyd edək ki, bu bəyanat Qəzzada humanitar vəziyyətlə bağlı İsrailin ünvanına yönələn beynəlxalq tənqidlər, eləcə də anklavın müharibədən sonrakı idarəçiliyinin gələcəyi ilə bağlı müzakirələr fonunda verilib.
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman24 Noyabr 19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq





































