Yaxın Şərq
İsrail "Əl-Cəzirə"nin "jurnalist"ini VURDU - Sənədlərdə isə...
İsrail Müdafiə Qüvvələri ( IDF ) Qəzzada pan-ərəb televiziya kanalı "Əl-Cəzirə"nin jurnalistinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun bəyanatında özünü televiziya jurnalisti kimi təqdim edən Ənəs əl-Şərifin əslində terrorçu olduğu iddia edilib. O, Fələstinin radikal HƏMAS təşkilatında terrorçu dəstəyə rəhbərlik edib və İsrailin mülki əhalisinə və əsgərlərinə raket zərbələri endirməkdə məsul olub.
IDF qeyd edib ki, Qəzza zolağında tapılan çoxsaylı sənədlər məhv edilmiş əl-Şərifin HƏMAS-ın hərbi qanadı ilə əlaqəsini və terrorçuların "Əl-Cəzirə" şəbəkəsinə inteqrasiyasını təsdiqləyir.
Mətbuat xidməti hücumdan əvvəl mülki əhaliyə dəyən zərərin minimuma endirilməsi üçün tədbirlərin görüldüyünü vurğulayıb.
Hüseyn İbadlı
-
Sosial23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı






































